RU

Böyük Britaniya həbsxanalarında təhlükəli radon səviyyəsi aşkarlandı

Bakı. Trend:

Böyük Britaniya həbsxanalarında xərçəng riskini artıra bilənradon qazının təhlükəli konsentrasiyası qeydə alınıb.

Trend xəbər verirki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Məlumata görə, İngiltərənin 16 həbsxanasında radioaktiv qazıntəhlükəli səviyyəsi aşkar edilib. Hökumət radon konsentrasiyasınınicazə verilən normadan yüksək olduğunu etiraf edib.

Bəzi cəzaçəkmə müəssisələrində qazın səviyyəsinin normanı doqquzdəfə üstələdiyi bildirilir. İki həbsxananın məhkumları artıqmüəssisə rəhbərliyinə qarşı iddia qaldırılması üçün vəkillərəmüraciət ediblər.

İşlə məşğul olan hüquqşünasların sözlərinə görə, məhkumlardanxırıltı, yorğunluq və qanlı öskürək kimi şikayətlər daxil olub.

Vəkillər həmçinin qeyd ediblər ki, bəzi həbsxanalarda məhkumlararadonla bağlı monitorinq aparıldığı bildirilsə də, fövqəladəvəziyyət barədə ətraflı məlumat verilməyib.

Избранный
27
az.trend.az

1Источники