Bakı. Trend:
Yaponiya hökuməti aprel ayında başlayacaq növbəti maliyyə iliüçün parlamentə rekord həcmli büdcə layihəsi təqdim edib.
Trend xəbər verirki, Baş nazir Sanae Takaichinin rəhbərlik etdiyi hökumətin təklifetdiyi büdcənin ümumi dəyəri 122,3 trilyon yen (təxminən 789milyard ABŞ dolları) təşkil edir. Müqayisə üçün qeyd edək ki, carimaliyyə ilinin büdcəsi 115,2 trilyon yen olub.
Layihəyə əsasən, xərclərin 30 faizindən çoxu sosial təminatsahəsinə yönəldiləcək. Büdcənin təxminən dörddə biri isə dövlətistiqrazlarının geri alınması və faiz ödənişlərinə sərf olunacaq.Faiz dərəcələrinin artması borc xidmətinə çəkilən xərclərin dəyüksəlməsinə səbəb olur.
Sənəddə vergi daxilolmalarının rekord səviyyəyə – 83 trilyonyenə (540 milyard dollar) çatacağı proqnozlaşdırılır.
Bundan əlavə, müdafiə xərcləri də rekord həddə – 9,04 trilyonyen (təxminən 58 milyard dollar) məbləğində nəzərdə tutulub.
“İnsanların gündəlik həyatında heç bir pozuntu olmamasını təminetmək üçün martın sonuna qədər büdcə layihəsini qəbul etməkistəyirik”, – deyə Yaponiyanın maliyyə naziri Katayama Satsukibildirib. Nazir əlavə edib ki, hökumət qanun layihəsinin ətraflıizahını parlament müzakirələri zamanı təqdim edəcək.
Nazirlər Kabineti növbəti maliyyə ilində ölkə iqtisadiyyatının1,3 faiz artacağını proqnozlaşdırır. Cari maliyyə ili üçün bugöstərici 1,1 faiz müəyyən edilib.