RU

Putin istəyinə nail oldu: Ukrayna ilə bağlı gözlənilməz qərar verildi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Macarıstan Avropa Birliyinin Ukraynaya ayırmağı planlaşdırdığı 90 milyard avroluq kredit paketini bloklayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatında bildirilir ki, sözügedən maliyyə paketi Ukraynanın büdcə ehtiyaclarının qarşılanması və iqtisadi sabitliyin qorunması məqsədi daşıyır. Lakin Macarıstanın etirazı səbəbindən qərarın təsdiqi prosesi ləngiyib.

Mənbələrin sözlərinə görə, məsələ Avropa İttifaqı daxilində müzakirə mövzusu olaraq qalır və kompromis variantların axtarışı davam edir.

Nəşr bu addımın Kremlin maraqlarına uyğun olduğu vurğulayıb. Qeyd olunub ki, Vladimir Putin uzun müddətdir Avropa Birliyinin Ukraynaya genişmiqyaslı maliyyə dəstəyinin qarşısının alınmasında maraqlı idi və yaranmış vəziyyət Moskvanın istəklərinə uyğun nəticə kimi qiymətləndirilir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
globalinfo.az

1Источники