RU

Saşa İliç: "Qəbələ" ilə matçda qazanılan 1 xalı qənaətbəxş saymıram"

"Sumqayıt"ın baş məşqçisi Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə matçda qazandıqları 1 xalı qənaətbəxş saymır.

"Far.Az" xəbər verir ki, bunu baş məşqçi özü sözügedən qarşılaşmadan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis qolsuz başa çatan qarşılaşmanı şərh edib:

"Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynadıq. İkinci hissədə də oyunumuzu düzəltməyə çalışdıq. Lakin bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik. 1 xal qazansaq da, bunu qənaətbəxş saymıram".

Избранный
40
3
far.az

4Источники