
“Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditini bloklayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Macarıstanın Aİ-dəki daimi nümayəndəsi 20 fevralda kreditə etiraz edib. Belə bir qərar üçün bütün 27 Aİ üzv dövlətinin yekdil dəstəyi tələb olunur.