RU

Fitso elan etdi: Ukrayna müharibəni uduzacaq

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Avropa İttifaqı daxilində hamı Ukraynadakı müharibənin real gedişatının necə olduğunu anlayır və Kiyevin vəziyyətinin çətinliyini dərk edir.

Globalinfo.az xəbər verir ki, baş nazirin sözlərinə görə, Volodimir Zelenski tez-tez Avropa İttifaqı Şurasının iclaslarında iştirak edir və hərbi vəziyyətlə bağlı suallara optimist cavab verir.

Fitso qeyd edib ki, Zelenski belə hallarda “qalib gəlirik” desə də, Avropa liderləri müharibənin faktiki mənzərəsini görürlər.

Slovakiya hökumətinin rəhbəri həmçinin vurğulayıb ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar gözlənilən effekti verməyib. Onun fikrincə, anti-Rusiya məhdudiyyətləri ölkə iqtisadiyyatına ciddi təsir göstərmir.

Fitso əlavə edib ki, əgər Ukrayna tərəfindən “Drujba” neft kəməri ilə Slovakiyaya neft nəqlinin dayandırılması qərarının siyasi motivli olduğu sübuta yetirilərsə, buna cavab tədbirləri həyata keçiriləcək.

Baş nazir məsələ ilə bağlı vəziyyətin diqqətlə izlənildiyini və ölkəsinin enerji təhlükəsizliyinin prioritet olaraq qalacağını vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
globalinfo.az

1Источники