RU

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının üçüncü günüdür.

“İki sahil” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 21-də imsak vaxtı saat 06:01, iftar vaxtı isə saat 18:37-dədir.

Fevralın 21-i üçün namaz vaxtları:

Sübh azanı06:06

Zöhr azanı12:54

Əsr azanı16:40

Məğrib azanı18:37

İşa azanı19:37

Üçüncü günün imsak duasını təqdim edirik:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:

"İlahi, bu gün mənə ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!

Избранный
16
15
ikisahil.az

10Источники