RU

İtaliya nəhəngi türk futbolçunu istəyir

Çempionlar Liqasında “Qalatasaray”ın “Yuventus” üzərində 5-2 hesabı ilə qələbə qazandığı matçda uğurlu oyun nümayiş etdirən Barış Alper Yılmaz barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, türk futbolçunun oyunu “Yuventus”un diqqətini çəkib. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, “Yuventus”un Futbol Strategiyası Direktoru Corco Kyellini türk futbolçu haqqında yüksək fikirlər səsləndirib.

İddia edilir ki, Kyellini Barış Alperin fiziki gücünü vurğulayaraq, "Onu heyranlıqla izlədim. O, mükəmməl, fiziki cəhətdən güclü oyun göstərir. Onu itələsən, çəksən, o, qətiyyən yıxılmır. Kənan Yıldız kimi, o da çox güclüdür. Belə güclü oyunçuları tapmaq çətindir. O, İtaliya liqasına tam uyğun oyunçudur”, - deyə bildirib.

Избранный
25
metbuat.az

1Источники