RU

ABŞ F-16-ları Sarı dənizdə Çinin döyüş təyyarələri ilə qarşılaşıb

ABŞ-nin Koreya Respublikasında dislokasiya olunan qüvvələrinin və Çin ordusunun qırıcı təyyarələri Sarı dəniz üzərində qısamüddətli “hava qarşıdurması”na girib.

AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Pxönthek yaxınlığındakı Osan hava bazasından təlim uçuşu həyata keçirən ABŞ F-16-ları Sarı dənizin beynəlxalq suları üzərində Çin ordusunun döyüş təyyarələri ilə qarşılaşıb.

Agentlik hadisəni “qısa hava qarşıdurması” kimi xarakterizə edərək, təyyarələr arasında toqquşmanın baş vermədiyini vurğulayıb. Cənubi Koreya Müdafiə Nazirliyi və ABŞ Hərbi Dəniz Qüvvələri hadisənin təfərrüatlarını açıqlamayıb.

Избранный
23
yeniazerbaycan.com

1Источники