RU

Heç bir transmilli korporasiyanın fəaliyyəti dövlətimizin milli mənafelərindən üstün ola bilməz Vitse spiker

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Təkcə bu günü deyil, bütün gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən qanun layihəsi həm ana qanunumuz olan konstitusiyamıza, həm də inkişaf etmiş ölkələrin təcrübəsinə və beynəlxalq praktikaya uyğundur. Siz çox yaxşı bilirsiniz ki, konstitusiyamıza əsasən dövlət hakimiyyətinin başlıca vəzifələrindən biri milli maraqları, vətəndaşları, vətəndaşların hüquqlarını və təhlükəsizliyini, milli mənafeləri qorumaqdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirib.

"Əgər hər hansı böyük həcmli bir strateji layihə dövlətimizin və millətimizin mənafelərinə zərər vurursa, milli maraqlara ziddirsə, onda ölkənin taleyi, dövlətin gələcəyi necə olar, vətəndaşın təhlükəsizliyini necə təmin etmək olar? Özümüzə belə bir sual verməliyik ki, bizim üçün başlıca olan nədir: milli dövlət maraqlarımızın etibarlı qorunması, yoxsa hansısa bir strateji layihə? Cavab aydın olduğu üçün müzakirə və mübahisəyə də yer qalmamalıdır.

Ümumiyyətlə, heç bir strateji layihə, böyük vəsaitləri olan transmilli korporasiyanın və başqalarının fəaliyyəti bu uca dövlətimizin və millətimizin milli təhlükəsizliyindən, milli mənafelərindən üstün ola bilməz. Millətimizin və dövlətimizin maraqları hər şeydən üstündür. Milli təhlükəsizlik etibarlı qorunmasa, dövlət milli mənafelərə zidd fəaliyyətlər göstərilərsə, dövlət zəifləyərsə, o zaman artıq bütün digər məsələlərin heç bir anlamı qalmaz və vətəndaş da özünü öz ölkəsində rahat hiss edə bilməz.

Deməli, xüsusən indiki mürəkkəb beynəlxalq şəraitdə, kibertəhlükəsizliyin qorunmasının vacib olduğu bir vaxtda, milli maraqlarımıza zidd olan halların qarşısı qanunla dərhal və qətiyyətlə alınmalıdır. Buna dair bəzi beynəlxalq təcrübəni ölkələrin praktikasında göstərmək olar. Hesab edirəm ki, bu qanun layihəsi eyni zamanda ölkəmizdə fəaliyyət göstərən digər şirkətləri də qoruyur, ölkəmizdə investisiya mühitini daha da etibarlı edir. Layihə müəlliflərinə təklif etmək olar ki, “Azərbaycan xalqı” əvəzinə “Azərbaycan milləti” ifadəsinin işlədilməsi nəzərdən keçirilsin. Çünki Konstitusiyaya referendum yolu ilə edilən dəyişikliklərdə “milli-dövlət” anlayışı artıq təsbit olunub", - deyə vitse-spiker yekunlaşdırıb.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
redaktor.az

2Источники