RU

Yeniyetməni maşın vurdu Vəziyyəti ağırdır

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Xaçmaz rayonunda 13 yaşlı piyadanı maşın vurub.

“Qafqazinfo” nun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Ağaşirinoba kənd sakini 13 yaşlı Ağabalayev Elmar Elnur oğlu yolu keçmək istəyərkən avtomobil vurub.

Yeniyetmə ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Ağabalayevin vəziyyəti ağır olduğu üçün  tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
3
qafqazinfo.az

10Источники