RU

Kurban Berdıyev: “Əvəzetmələrdən sonra bir qədər təşəbbüsü əldən verdik”

“Turan Tovuz” “Zirə” ilə matçda əvəzetmələrdən sonra təşəbbüsü əldən verib.

İdman.Biz xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında bildirib.

O, Misli Premyer Liqasının 21-ci turunun açılış matçı barədə danışıb.

“İlk hissədə oyunumuz pis alınmadı. Əvəzetmlərdən sonra bir qədər təşəbbüsü əldən verdik. Xüsusilə Jo oyundan çıxdıqdan sonra. Çünki bu Filip Ozobiçin mövqeyi deyildi. Allaha şükürlər olsun ki, qələbə qazandıq”, - Berdıyev deyib.

“Turan Tovuz” – “Zirə” matçı bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Избранный
12
idman.biz

1Источники