"Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı, Prezident İlham Əliyevin qətiyyəti və dəstəyi Azərbaycan dövlətinin haqq işində mühüm rol oynayır".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, ümummilli lider siyasətini davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət bu gün öz bəhrəsini verir: "Amerika Prezidentinin İlham Əliyevlə səmimi görüşməsi Azərbaycan dövlətinə verilən yüksək qiymətin göstəricisidir. Bu, təkcə Donald Trampın fikri deyil, onunla eyni mövqeyi bölüşən Amerika siyasətçilərinin də yanaşmasıdır. Respublikaçılar Partiyasının Azərbaycanla bağlı artıq formalaşmış mövqeyini əks etdirir. Prezidentimizin liderlik xüsusiyyətləri həm dünya siyasətində, həm də daxili siyasətdə mühüm rol oynayır".