RU

"Daşnak icması Azərbaycan-Ermənistan sülh prosesindən narazıdır" -Deputat Vaşinqtondakı təxribatdan DANIŞDI

Ötən gün Prezident İlham Əliyevin Vaşinqtonda qaldığı hoteldə təxribat törətməyə çalışanların rəhbərinin Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan ermənipərəst Frenk Pallone olduğu məlum olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə hesab edir ki, Qərbdəki ermənilər sülhün baş turmasını istəmirlər və bu səbəbdən müxtəlif yollara əl atırlar.

"Mənə elə gəlir ki, daşnak icması Azərbaycan-Ermənistan sülh prosesindən narazıdır. Onlar münaqişəni yeniləmək istəyirlər, onun üçün də istənilən formada Azərbaycana qarşı öz mübarizələrini davam etdirirlər. Burada hansısa bir qəribə bir şey yoxdur. Amerikada yaşayan, Qərbdə mövcud olan ermənilər türk nifrəti ilə və qisas hissi ilə yaşayırlar. Sülh olarsa, onlar qorxurlar ki, yenidən maliyyə toplamaq imkanları olmayacaq. Məqsədləri də hər bir fürsətdən istifadə edərək hansısa bir mənfi hərəkət eləməkdir", - deyə millət vəkili bildirdi.

Aytəkin TOFİQQIZI

Избранный
42
redaktor.az

1Источники