RU

Kapello cavab oyununa ümidlə baxır - ''Yuve''nin şansı 40 faizdi''

''Qalatasaray''ın ''Yuventus''u 5:2 darmadağın etməsinin ardından diqqətlər cavab oyununa yönəlib.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının pley-offu çərçivəsində baş tutan bu duelin cavab oyunu fevralın 25-də Turin şəhərində keçiriləcək. ''Qoca Sinyora'' mərhələni adlamaq üçün 4 top fərqilə qalib gəlməli və ya ən pis halda 3 topluq qələbə ilə oyunu penaltilər seriyasına daşımalıdı.

Bu arada həm ''Yuventus'', həm də İtaliya futbolu tarixində önəmli iz buraxmış Fabio Kapello cavab matçı ilə bağlı maraqlı proqnoz verib. Əfsanəvi məşqçi ilk oyundakı nəticəyə baxmayaraq hələ də ''Yuve''nin mərhələ adlamaq şansının ən azı 40 faiz olduğunu bildirib:

''Mənim şəxsən cavab oyunu ilə bağlı ümidlərim var. Türklər bəlkə də artıq işin bitdiyini düşünürlər. Onlar özlərini növbəti mərhələdə görərək cavab matçına rahat çıxacaqlar. ''Yuventus''a yuxarıdan aşağı baxmaq kimi bir səhvə yol verə bilərlər. Əlbəttə, Osimhen və komanda yoldaşları çox sürətli oyunçulardı. Spalletti bunun qarşısını kəsməyin yolunu tapmalıdı. Mən hələ də düşünürəm ki, ''Yuve''nin mərhələ adlamaq şansı 40 faizdi. Komandanın ilk oyunda baş verənlərə qürurlu bir reaksiya verəcəyinə inanıram''.
Избранный
19
football-plus.az

1Источники