RU

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 2,257 milyard kilovat-saat(kVt/saat) elektrik enerjisi istehsal edilib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci yanvar ayındakı göstəriciilə müqayisədə 89,4 milyon kVt/saat və ya 3,8% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 2,187 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 78,3 milyonkVt/saat və ya 3,5% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar ayında350,8 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlərgöstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorundaistehsal edilmiş məhsulların həcmi 45,4 milyon manat təşkiledib.

Избранный
20
az.trend.az

1Источники