RU

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunantranzit neftinin həcmi 2,112 milyon ton təşkil edib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 207,1 min ton və ya 8,9% azdır.

Belə ki, 2025-ci ilin yanvar ayında BTC ilə 2,319 milyon tonneft nəql edilmişdi.

Ümumilikdə, hesabat ayında Azərbaycanda magistral neft kəmərləriilə 2,731 milyon ton neft nəql edilib. Nəqletmənin 77,3 faiziBakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Dövrərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,8 faizini və ya1748,4 min tonunu Azərbaycanda hasil edilən neft, 17,2 faizini vəya 363,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olanneft təşkil edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 kmGürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Borukəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci ilmayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTCCo. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30.10%), SOCAR(32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies(5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) vəINPEX (2.50%).

Избранный
21
az.trend.az

1Источники