RU

Azərbaycanda xam neft hasilatı azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft(qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə56 min ton və ya 2,4% azdır.

Dövr ərzində xam neft hasilatının 2,248 milyon tonunu əmtəəlikxam neft təşkil edib ki, bu da bir il əvvəlki göstərici iləmüqayisədə 53 min ton və ya 2,3% azdır.

Ümumilikdə, hesabat ayında ölkənin mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilinmüvafiq ayına nisbətən 2,4 faiz artıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,2 milyon ton,əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib.Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalıb,əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

Избранный
12
1
az.trend.az

2Источники