Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, saat 18:00-da "Ordu" klubu "Sabah"la qarşılaşıb. Görüş "Sabah"ın 66:83 hesablı qələbəsi ilə yekunlaşıb. Rimas Kurtinaytisin komandası finala yüksələn ilk kollektiv olub.
Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək.
Görüş saat 21:00-da start götürəcək. Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək.