RU

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir



İkitərəfli münasibətlərin ağır vəziyyətinə baxmayaraq, Yaponiya hökumətinin ərazi məsələsini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın baş naziri Sanae Takaiçi andiçmə mərasimi münasibətilə Parlamentdə etdiyi çıxışında bildirib.

"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdə olsa da, Yaponiya hökumətinin mövqeyi dəyişməz olaraq qalır. Ərazi məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq", - deyə o, vurğulayıb.

Eyni zamanda, Yaponiya hökumətinin başçısı bir daha Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid edərək, münaqişəyə tez bir zamanda son qoyulmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, Moskva və Tokio İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi üzrə danışıqlar aparırlar. Bunun qarşısında əsas maneə cənub Kuril adalarına olan hüquqlarla bağlı fikir ayrılığıdır.

Anar
Избранный
10
2
newscenter.az

3Источники