RU

Tramp Pentaqonun NLO fayllarını məxfilikdən çıxarmağı vəd edib

ABŞ Prezidenti Donald Tramp cümə günü, 20 fevral tarixində Müdafiə Nazirliyinə və digər qurumlara yerdən kənar həyat və naməlum uçan obyektlərin axtarışı ilə bağlı hökumət sənədlərinin dərc olunması üçün hazırlıqlara başlamağı tapşırdığını açıqladı.

Herbiand.az xəbər verir ki, o bu abrədə “Truth Social” platformasında elan edib.

"Bu böyük marağı nəzərə alaraq, Müdafiə Nazirinə və digər müvafiq departament və qurumlara  yerdən kənar həyat, naməlum hava hadisələri (UAP) və naməlum uçan obyektlər (UFO) ilə bağlı hökumət materiallarının, eləcə də bu olduqca mürəkkəb, lakin olduqca maraqlı və vacib məsələlərlə bağlı hər hansı digər məlumatların müəyyən edilməsi və məxfilikdən çıxarılması prosesinə başlamağı tapşırıram", - deyə prezident səhər saat 2:00-da dərc etdiyi paylaşımda yazıb. Tramp hansı sənədlərin məxfilikdən çıxarılacağını, onların nə qədərinin açıqlanacağını və ya nə vaxt ictimaiyyətə açıqlanacağını dəqiqləşdirməyib.

Избранный
13
herbiand.az

1Источники