RU

"Birmingem"in futbolçusu "Sabah"da - RƏSMİ

"Sabah" heyətini yeni oyunçu cəlb edib.

Fanat.Az "bayquşlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin "Birmingem" klubundan icarəyə götürülüb.

Anlaşmanın müddəti 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı mərkəz müdafiəçisi "Sabah"ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.

"Birmingem"in yetirməsi olan Boaki karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın "İnter"ində (Turku) də çıxış edib.

Избранный
26
10
fanat.az

10Источники