RU

Salyanda ədəbi bədii gecə: Xatirələrdə, ürəklərdə yaşayan şair

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Salyan, 20 fevral, AZƏRTAC

Salyan rayon Mədəniyyət Mərkəzi və Kürqaraqaşlı Diyarşünaslıq Evinin birgə təşkilatçılığı ilə görkəmli şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının xatirəsinə həsr olunan "Xatirələrdə, ürəklərdə yaşayan şair" adlı ədəbi-bədii gecə keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə,

Salyan rayon Mədəniyyət Mərkəzində keçirilən gecədə Əliağa Kürçaylının qısa, lakin mənalı ömür yolundan söhbət açılıb. Qeyd edilib ki, 1946-cı ildə “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gələn Əliağa Kürçaylının şeirləri sonradan müntəzəm olaraq mərkəzi və respublika dövri mətbuatında nəşr olunub. Onun “Dünya ovcumdadır”, “Yollarda axtar məni”, “Bütövlük” və başqa kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Əliağa Kürçaylının dilimizi, poeziyamızı qoruyan böyük sənətkar olması da diqqətə çatdırılıb.

Ədəbi-bədii gecədə mədəniyyət nümayəndələri və bədii qiraətçilərin ifasında şairin şeirləri səsləndirilib, kompozisiyalar təqdim edilib, həmçinin şeirlərinə bəstələnən mahnılar ifa olunub.

Qeyd edək ki, Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Salyanın Kürqaraqaşlı kəndində doğulub. 1980-ci il fevralın 11-də vəfat edib və Bakı şəhərində dəfn olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
azertag.az

1Источники