RU

Zahid Oruc: Emin və Mehman Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır

BAKI, 20 fevral. TELEQRAF

Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən emin hüseynovların demokratiya sualı, əslində, Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücumkampaniyası idi.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır:“Demokratiya sualını-torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münhen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər.
Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclüiradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir.
Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır.Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehribanxanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılanböhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil,bütünazərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu.
Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğalaltındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız.
Deputat bildirib ki, Emin və Mehman hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır:
“Görün, indi hansı qüvvələrlə savaşırıq. Dünən qlobal Sülh Şurasında tək qalib lider kimi iştirak edən İlham Əliyev tamamilə haqlıdır-beynəlxalq media, QHT şəbəkələri geopolitikanın silahlarıdır. Dünyada “tam müstəqil” mətbuat mifdir. Azadlıq" va "Amerikanın səsi" radioları Konqres tərəfindən rasmi olaraq maliyyələşir. BBC Britaniya hökumətindən böyük yardımlar alır. "Röyters" agentliyi isə onu gizli edir.
Ona görə də Azərbaycanın Qələbəsi onu Qlobal Sülh Şurasında söz sahibi etdiyi üçün Avropa və ABŞ-da Prezidentin qarşısına çıxanlar bilməlidir-Şuşaya yüksələn Ali Baş Komandan son 300 ilin suallarını cavablandıran tək liderdir!

Избранный
93
teleqraf.com

1Источники