RU

İran ABŞ-ni hədələdi: "Hərbi təcavüzə qətiyyətlə cavab veriləcək" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani, təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktubda rəsmi Tehranın ABŞ tərəfindən hər hansı hərbi təcavüzə məruz qalacağı təqdirdə "qətiyyətli" cavab verəcəyini bəyan edib.

Daimi nümayəndə qeyd edib ki, hücum baş verəcəyi təqdirdə İrandan "qətiyyətli və mütənasib" cavab gələcək. Diplomatın sözlərinə görə, mümkün hücum zamanı düşmən qüvvələrin regiondakı bütün bazaları, obyektləri və maddi vəsaitləri İranın müdafiə əməliyyatları çərçivəsində qanuni hədəfə çevriləcək.

İran tərəfi müharibə istəmədiyini bildirərək qeyd edib ki, əgər ABŞ danışıqlara "ciddiyət və səmimiyyətlə" yanaşarsa, beynəlxalq hüquq normalarına hörmət nümayiş etdirərsə, "davamlı və balanslaşdırılmış həll yolu" tapıla bilər.

Bu bəyanat ABŞ Prezidenti Donald Trampın ritorikasının kəskinləşdiyi bir vaxta təsadüf edir. Tramp daha əvvəl bildirmişdi ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün cəmi 10-15 gün vaxtı var. O, həmçinin xəbərdarlıq etmişdi ki, saziş əldə olunmasa, Vaşinqton məqsədinə "bu və ya digər yolla" çatacaq və İran üçün "çox pis hadisələr" baş verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники