RU

Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil Deputat

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

"Bakı şəhərində qarşımıza çıxan tikintisi yarımçıq qalmış çoxmərtəbəli binaların işinin tamamlanması üçün sahibkarlara ciddi dəstək verilməsini gözləyirik. Elə sahibkarlar var ki, müflisləşib və kredit dəstəyinə ehtiyacları var. Eləsi də var ki, yeni şəriklərin qoşulması ilə binanın tikilib tamamlanması lazımdır. Bu il ərzində artıq bu problemlər növbəti ilə qalmamalıdır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, sahibkarların böyük problemləri bəzən məhkəmə ilə bağlı ortaya çıxır:

"Bu nə ilə əlaqəlidir? Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar yenə də onların əmlakını girovdan çıxarmırlar və müraciət edəndə bildirirlər ki, məhkəməyə müraciət edin. Sahibkar yenidən məhkəməyə müraciət etməli olur. Biz burada dəfələrlə qeyd etmişik ki, Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil və hakimlər müraciət edən vətəndaşların şikayət yükü altında əzilməkdədirlər. Böyük əksəriyyət gün ərzində, xüsusilə inzibati xarakterli müraciətlər üzrə bəlkə də 10-15 məsələyə qədər baxmalı olurlar. Bu da bir işin tamamilə mükəmməl şəkildə oxunub düzgün qiymətləndirilməsinə imkan vermir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
3
adalet.az

6Источники