RU

İtkin şəhidin dayısı: Bundan sonra gözümüz yolda qalmayacaq

BAKI, 20 fevral. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rafiq Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 1-ci kurs tələbəsi ikən orduya gedib.

Teleqraf xəbər verir ki, bunu itkin düşmüş şəhidin dayısı Allahverdi Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə şəhidin vətən sevgisi ali təhsilini yarımçıq qoymasına səbəb olub.

"Vətən qayğısı onun qanında var idi. O, dözməyib institutu yarımçıq qoydu və orduya qoşuldu. Az müddət sonra da şəhid oldu. Ata-anası onun dərdindən rəhmətə getdi. Anası onun yolunu gözləyə-gözləyə qaldı. Bu gün kədərli gün olsa da, eyni zamanda gözəl gündür. Çünki artıq gözümüz yolda qalmayacaq", - dayı vurğulayıb

Избранный
43
teleqraf.com

1Источники