RU

Epşteynin qurbanları 35 milyon dollar kompensasiya alacaqlar

Qalmaqallı milyarder Ceffri Epşteynə qarşı zorakılıq iddiası ilə çıxış edən qadınlara 35 milyon dollara qədər ödəniş ediləcək. 

 Missiya.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

"Epşteynin hüquqi varisi və onun həmkarları Darren İndayk və Riçard Kan 1995-ci il ilə 10 avqust 2019-cu il arasında cinsi istismara və ya insan alverinə məruz qaldıqlarını iddia edən bir qrup qadının iddialarını daimi olaraq həll etmək, rədd etmək və bağlamaq üçün bir razılaşma əldə ediblər",- məlumatda bildirilib.

Qeyd edək ki, sazişə görə, qurbanların sayı 40-dan çox olarsa 35 milyon dollar, daha az olarsa 25 milyon dollar ödəniləcək. Lakin plan qüvvəyə minməzdən əvvəl Nyu-Yorkdakı federal hakim tərəfindən təsdiqlənməlidir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
30
missiya.az

1Источники