RU

Millimiz Moldova ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Msport.az xəbər verir ki, U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

Milliyə dəvət alan futbolçular aşağıdakılardır: Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əli İbrahim, Əhməd Vəliyev (hamısı “Qarabağ”), Rauf Əyyubov, Həzrət Səmədov, Tuncay Əhmədov (hamısı “Sabah”), Məhdi Həsənov, Vüsal Kərimov (hər ikisi “Neftçi”), Məhəmmədəli Məmmədov, Tunar Muradov (hər ikisi “Turan Tovuz”), Murad Qurbanov, Əhliman Süleymanzadə (hər ikisi “Zirə”), İlkin Həzizadə, Nurlan Zeynallı (hər ikisi “Sumqayıt”), Fərid Abdinov (“Stroqino”, Rusiya), Nadir Nəsibli (MOİK), İbrahim Babayev (“Barselona”), Sabutay Hacı (“Alboraya”, İspaniya), İslam Həsənov (“Qrafiçar”, Serbiya), Nicat Nərimanov (“Brommapoykarna”, İsveç).

Избранный
48
2
msport.az

5Источники