"Aktyoru süni intellektlə əvəz edirlər, rolu canlandırırlar. Qorxuram, gələcəkdə aktyor peşəsi də arxa plana keçsin. Onu süni intellektlə əvəz etsinlər. Böyük bir problemdir. Təkcə bizim yox, bu, bütün peşələrə aiddir". Bunu xalq artisti Həmidə Ömərova bildirib. Xalq artisti mətbuata açıqlamasında plastik əməliyyat etdirən aktrisalar barədə də danışıb. "Rol tələb edirsə, estetik əməliyyat etmək olar. Kimsə bu cür gündəmə gəlmək istəyirsə, gündəmdə çox qalmır. Kiminsə qüsuru varsa, estetik əməliyyatla düzəldir. İstedadlı aktrisa bununla yadda qalmaq istəməz. Az, çox peşəkar sənətkar bilir ki, bununla gündəmdə qala bilməzsən. Obrazla, maraqlı rolla yadda qala bilərsən"-deyə H.Ömərova açıqlamasında deyib. İRADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта