RU

Trampdan qalmaqallı AÇIQLAMA: Bu sirləri acacam

Tramp “Yadplanetlilər və Yerdənkənar Həyat” və Naməlum Uçan Obyektlərlə (NUO) bağlı sənədlərin açıqlanmasına göstəriş verəcək.

ABŞ Prezidenti Donald Tramp Sosial media hesabında yazıb: “Böyük marağı nəzərə alaraq, Müdafiə Nazirinə [Pit Heqset] və müvafiq departamentlərə və agentliklərə yadplanetlilər və yerdənkənar həyat, Naməlum Hava Hadisələri (NHH) və Naməlum Uçan Obyektlər (NUO) ilə bağlı hökumət sənədlərinin, eləcə də bu olduqca mürəkkəb, lakin olduqca maraqlı və vacib mövzularla bağlı hər hansı digər məlumatların müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracağam”.

Xatırladaq ki, keçmiş ABŞ Prezidenti Barak Obama podkastda bildirib ki, “Bəli, onlar mövcuddur, amma mən onları görməmişəm”. O, həmçinin prezidentliyi dövründə yerdənkənar varlıqlarla təmasa dair heç bir dəlil görmədiyini bildirib.

Daha sonra o, podkastın səs yazısının bir hissəsini dərc etdi və yalnız yerdənkənar həyatın mövcudluğunun statistik ehtimalına istinad etdiyini aydınlaşdırdı: “Aparıcının sürətli suallarının tempinə uyğun olaraq tez cavab verməyə çalışdım.”

Избранный
66
veteninfo.az

1Источники