Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 40 manatdır.
İddiaçılar təkliflərini martın 6-na qədər Xidmətin Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində yerləşən ofisinə təqdim edə bilərlər.
Təkliflərə martın 6-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 5,8 min manat ödənilib.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2023-cü il tarixli fərmanı ilə yaradılıb.