RU

TƏCİLİ: ABŞ qərar verdi – Bu tarixdə İrana HÜCUM EDƏCƏK

ABŞ martın ortalarına qədər Yaxın Şərqdə bütün hərbi qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu addım prezident Donald Trampa İrana qarşı genişmiqyaslı zərbə endirmək imkanı yarada bilər.

Məlumata görə, Tramp Jared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff ilə görüşərək Cenevrədə İranla aparılan danışıqlar barədə hesabat alıb. Eyni zamanda, bölgədə yerləşən ABŞ qüvvələrinə martın ortalarınadək mövqelərini tamamlamaq tapşırılıb.

FlightRadar24 məlumatına əsasən, Qətər, İordaniya, Krit və İspaniyadakı bazalara ABŞ-ın hərbi təyyarələrinin, yanacaqdaşıyanların və kəşfiyyat aparatlarının uçuşları artıb. Bölgəyə iki aviadaşıyıcı, “Abraham Lincoln” və “Gerald R. Ford” da göndərilib.

Bununla belə, “The Wall Street Journal” yazır ki, Tramp hələlik İrana hücumla bağlı yekun qərar verməyib. Variantlar arasında həm məhdud zərbələr, həm də daha genişmiqyaslı əməliyyat nəzərdən keçirilir.

CBS News isə ABŞ ordusunun artıq bu həftəsonu – 21 fevralda zərbəyə hazır olacağını bildirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
64
1
konkret.az

2Источники