RU

Ramiz Rzayev: Cəmiyyətdə hüquqa inam güclü məhkəmə hakimiyyəti vasitəsilə təmin olunur

BAKI, 20 fevral. TELEQRAF

"Müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin də demokratik prinsiplər əsasında formalaşaraq fəaliyyət göstərməsi ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev 1998-ci il “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi, məhkəmə aparatının modernləşdirilməsi, regionlarda məhkəmə sisteminin gücləndirilməsi və hakimlərin peşəkarlığının artırılması sahəsində atdığı addımlarla ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması üçün möhkəm təməl yaradıb. Bu islahatlar həm hüquqi dövlət quruculuğu, həm də vətəndaşların hüquqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edib".

Teleqraf-ın xəbərinə görə, bu sözləri Azərbaycan hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyan bir dövrə təsadüf edir:

"Cənab Prezident İlham Əliyev tərəfindən 8 avqust 2025-ci il tarixdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri ilə imzalanmış birgə bəyanat regionda sülhün, sabitliyin və hüquqa əsaslanan münasibətlərin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini, dövlətimizin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini aydın şəkildə ifadə edir.

Belə bir mərhələdə məhkəmə hakimiyyətinin rolu xüsusilə ön plana çıxır. Çünki hüququn aliliyi, ədalət mühakiməsinin obyektiv və müstəqil həyata keçirilməsi və cəmiyyətdə hüquqa inamın möhkəmləndirilməsi məhz güclü və müstəqil məhkəmə hakimiyyəti vasitəsilə təmin olunur.
Bu baxımdan, bugünkü forum məhkəmə hakimiyyətinin yerinin və rolunun bir daha qiymətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır".

Избранный
40
teleqraf.com

1Источники