RU

BVF Azərbaycanın nominal ÜDM artımının 2032-ci ilə qədər davam edəcəyini gözləyir

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) 2031-ci ilə qədər Azərbaycanınnominal ümumi daxili məhsulunun (ÜDM) artımının davam edəcəyiniproqnozlaşdırır.

Trend BVF-əistinadən xəbər verir ki, bu artım əsasən qeyri-neft sektorunungenişlənməsi hesabına baş verəcək və karbohidrogen hasilatındadavam edən zəifliyə baxmayaraq təmin olunacaq.

BVF-nin proqnozlarına əsasən, Azərbaycanın nominal ÜDM-i 2025-ciildəki 129,09 milyard manatdan 2026-cı ildə 132,47 milyard manatayüksələcək. 2027-ci ildə göstəricinin 139,74 milyard manat, 2028-ciildə isə 148,21 milyard manat səviyyəsində olacağı gözlənilir.

Sonrakı dövrdə iqtisadiyyatın sabit artım trayektoriyasınıqoruyacağı proqnozlaşdırılır: 2029-cu ildə nominal ÜDM 157,51milyard manat, 2030-cu ildə 167,37 milyard manat və 2031-ci ildə177,97 milyard manat təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın nominal ÜDM-i 2023-cüildə 123,13 milyard manat, 2024-cü ildə isə 126,52 milyard manatolub.

BVF qeyri-neft iqtisadiyyatının artımın əsas hərəkətvericiqüvvəsi olaraq qalacağını gözləyir. Proqnozlara görə, nominalqeyri-neft ÜDM-i 2025-ci ildəki 92,31 milyard manatdan 2026-cı ildə100,7 milyard manata yüksələcək.

Artımın 2027-ci ildə 109,02 milyard manata, 2028-ci ildə 117,39milyard manata və 2029-cu ildə 126,36 milyard manata çatacağıgözlənilir. Fondun qiymətləndirməsinə əsasən, qeyri-neft ÜDM-i2030-cu ildə 136,02 milyard manat, 2031-ci ildə isə 146,41 milyardmanat təşkil edəcək.

Müqayisə üçün, nominal qeyri-neft ÜDM-i 2023-cü ildə 78,99milyard manat, 2024-cü ildə isə təxmini olaraq 86,24 milyard manatolub.

“Gələcəyə nəzər saldıqda, neft və qaz hasilatında davam edənzəiflik və qeyri-neft ÜDM artımının müəyyən sürətlənməsi fonunda2026-cı ildə ÜDM artımının 2,1 faiz təşkil edəcəyi, daha sonra isəorta müddətli perspektivdə təxminən 2,5 faizə qədər yavaşlayacağıgözlənilir”, – deyə BVF-dən bildirilib.

“Xarici inflyasiya təzyiqlərinin zəifləyəcəyi və fiskalkonsolidasiyanın davam edəcəyi təqdirdə inflyasiyanın 2026-cı ilinsonunadək 5 faizə, 2027-ci ilin sonunadək isə 4 faizə enəcəyigözlənilir. Cari əməliyyatlar hesabının saldosunun 2026–2027-ciillərdə müsbət qalacağı proqnozlaşdırılır. Azərbaycanın MərkəziBankının və SOFAZ-ın məcmu ehtiyatları artmaqda davam edəcək, lakinartım daha yavaş templərlə olacaq”, – deyə fonddan əlavəedilib.

Избранный
42
1
az.trend.az

2Источники