RU

Mən kişiyəm, evə alnıaçıq girmək istəyirdim, peraşki satırdım, qab yuyurdum

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Tanınmış müğənni Nadir Qafarzadə sənətə gələnə qədər keçdiyi ağır həyat yolundan danışıb. İfaçı bildirib ki, bugünkü uğurları ona asan başa gəlməyib. O, bir zamanlar ailəsini dolandırmaq üçün ən ağır işlərdə çalışmaq məcburiyyətində qalıb.Demokrat.az xəbər verir ki, müğənni mühasibatlıq təhsili alsa da, bu sahədə qazandığı məvacibin ailə xərclərini qarşılamadığını vurğulayıb. Xüsusilə övladının dünyaya gələcəyi ərəfədə maddi çətinliklərin daha da kəskinləşdiyini qeyd edən sənətçi həmin günləri belə xatırlayıb."Mən kişiyəm, evə alnıaçıq girmək istəyirdim. Qayınatam gəlib soyuducunu açanda utanırdım. O, qızının hamilə olduğunu bilirdi və bizə ərzaq gətirirdi. Bu vəziyyət mənə çox ağır gəlirdi".Nadir Qafarzadə çıxış yolunu musiqi kafelərində və müxtəlif ağır işlərdə çalışmaqda tapıb. O, pul qazanmaq üçün ofisiantlıq etdiyini, hətta qab yuduğunu da gizlətməyib. İfaçı o dövrün şəraitinin indiki kimi rahat olmadığını, toz-torpaqlı məkanlarda sintizatorla çıxış edərək ruzi qazandığını bildirib.Gənclərə səslənən müğənni vurğulayıb ki, varlanmaq birdən-birə mümkün deyil. Onun fikrincə, halal qazanclı hər bir iş damla-damla yığılaraq böyük uğura çevrilir. İnsan gərək qarşısına məqsəd qoysun və çətinliklərdən qorxmasın. Bu gün hər şeyin normal olduğunu deyən müğənni həyatından razılıq edib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
demokrat.az

1Источники