RU

"Bakıda "Formula 1" keçiriləcəyi məkan dəyişə bilər" - Emin Ağalarov



""Formula 1" Azərbaycan Qran-Prisinin keçirildiyi məkanın dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb".

aia.az xəbər verir ki, bunu “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə “Sea Breeze” kurortunun ərazisində alov formasında, ümumi sahəsi 200 hektar olan süni adanın salınması planlaşdırılır. Azərbaycanın tarixən “Odlar yurdu” adlandırılmasından ilhamlanaraq “Fire Island” adlandırılan layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının layihələrini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını dəyişəcəyi gözlənilir.

Bildirilib ki, layihənin ümumi dəyəri təxminən 15–16 milyard dollar qiymətləndirilir. Bu məbləğin 1 milyard dolları süni adanın yaradılmasına yönəldiləcək. Adada nəzərdə tutulan daşınmaz əmlakın tikintisi isə sıxlıq və kvadratmetr göstəricilərindən asılı olaraq təxminən 10–15 milyard dollara başa gələcək.

aia.az



Избранный
25
2
aia.az

10Источники