“Nyukasl”ın futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Msport.az xəbər verir ki, o, pley-off mərhələsinin “Qarabağ”a qarşı keçirilən oyununda (6:1) 4 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, ingiltərəli futbolçu səsvermədə Due Dezire (PSJ), Kasper Heq (“Budyo Qlimt”) və Patrik Şiki (“Bayer”) qabaqlayıb.