RU

Avropa Liqası: “Fənərbağça” evdə böyük hesabla uduzdu

Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, İngiltərənin “Nottingem Forest” kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.

İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.

Избранный
43
6
msport.az

7Источники