RU

Beyləqan və Yevlaxda kolluq və ağaclıq ərazidə yanğın olub

Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında və Beyləqan rayonu Eyvazalılar kəndində açıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb...

Poliqon xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

Beyləqanda baş verən yanğın bir neçə yaşayış məntəqəsində internet xəttinin kəsilməsinə səbəb olub.

Sakinlərin APA-nın yerli müxbirinə verdiyi xəbərə görə, drenaj kanallarının ətrafındakı kolluğun od tutması nəticəsində ərazidən keçən rabitə xətti sıradan çıxıb.

Bu isə bir neçə kəndə internetin verilişində fasilənin yaranmasına səbəb olub.

Poliqon.info

Избранный
31
7
poliqon.info

9Источники