RU

Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanıldı

Bakı. Trend:

Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövləttərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarınıpozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardanbirinin ərazisinə qanunsuz daxil olublar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibindəqazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağacəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız halasalınmasına səbəb olublar.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov,59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlıNiyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraqsaxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonlarıvasitəsilə də lentə alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Избранный
46
49
az.trend.az

10Источники