Son iki il ərzində Azərbaycanda 21765 avtomobil silinib (qeydiyyatdan çıxarılıb).
Bu barədə Dövlət Statistika Komitəsindən Xezerxeber.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, 2024-cü ildə 1944, 2025-ci ildə isə 19821 avtomobil silinib.
Beləliklə, 2024-cü ilə nisbətən ötən il istismardan çıxarılan avtomobillərin sayı 10 dəfədən çox artıb. Ehtimal olunur ki, buna əsas səbəb avtomobillərin utilizasiyaya verilməsidir.
2024-cü ildə təkcə Bakı şəhəri üzrə 879, 2025-ci ildə isə 4216 maşın istismardan çıxarılıb.
Atif Sarıxanlı