Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,2 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 06:10 radələrində baş vermiş zəlzələ yerin 9 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.