RU

Britaniyada qadın texniki səhv ucbatından İlon Maskdan 100 qat "varlı" oldu

Böyük Britaniyanın Nottingem şəhər sakini Sofi Dauninq ona hədiyyə edilən qəhvə kartında ağlasığmaz balans aşkar edib. Texniki səhv nəticəsində kartdakı məbləğ 63 kvadrilyon funt sterlinqdən çox göstərilib.
 
Moderator.az bildirir ki, Oxu.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, bu rəqəm Sofini dünyanın ən zəngin adamı İlon Maskdan təxminən 100 min dəfə daha "varlı" edib.
 
Qadın hədiyyə kartını Milad bayramında alıb və hesabında cəmi 10 funt sterlinq olduğunu düşünüb. Lakin fevralın ortalarında qəhvə alarkən kassa sistemi gözlənilməz rəqəmlər nümayiş etdirib. Qeyd olunur ki, balansda astronomik rəqəmlər görünsə də, bu vəsaitdən yalnız həmin qəhvə şəbəkəsinin məhsullarını (içki və şirniyyat) almaq üçün istifadə etmək mümkündür.
 
Bir neçə gün sonra Sofi kartı yenidən yoxlayıb və səhv balansın hələ də qaldığını görüb. O, hər hansı anlaşılmazlıq yaranmaması üçün kartdan müvəqqəti istifadə etməməyə qərar verib. Qəhvə şəbəkəsinin nümayəndələri isə hələlik məsələ ilə bağlı onunla əlaqə saxlamayıblar.
 
İlkin versiyaya görə, hadisəyə ştrix-kodun skan edilməsi zamanı baş vermiş texniki xəta və ya sistem nasazlığı səbəb olub. Sofi Dauninq vəziyyətdən sui-istifadə etmək niyyətində olmadığını və şirkətin balansı tezliklə düzəldəcəyini gözlədiyini bildirib.
 
Избранный
79
1
moderator.az

2Источники