RU

Meloni: Ukraynadakı müharibə ilə bağlı danışıqları hələ əsas məsələnin həllindən uzaqdır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliya Baş naziri Giorgia Meloni Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. O, əsas məsələnin - ərazi məsələsinin - hələ də həll olunmadığını söyləyib.

Bizimyol.info xəbər verir ki, Baş nazir bu barədə "Sky tg24"ə verdiyi müsahibədə qeyd edib.

"Hazırda üzərində işlədiyimiz sənədlərdə irəliyə doğru mühüm addımlar görürəm. Kiyev üçün təhlükəsizlik zəmanətləri üzərində çox yaxşı işlər görülür ki, bu da, yeri gəlmişkən, İtaliyanın onları Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 5-ci maddəsi istiqamətində inkişaf etdirmək təklifinə əsaslanır", - deyə o, bildirib.

Onun sözlərinə görə, Ukraynanın yenidən qurulması üzərində işlər də davam edir. Meloni qeyd edib ki, "bir çox məsələnin artıq kağız üzərində həll olunduğu bir sülh planı var".

"Lakin, biz hələ də əsas məsələni - Rusiyanın mənim fikrimcə, tamamilə əsassız iddialar irəli sürməyə davam etdiyi ərazi məsələsini həll etməkdən çox uzaqıq. Dəfələrlə dediyim kimi, inanıram ki, təkcə sülhə nail olmaq deyil, həm də ədalətli sülhə nail olmaq vacibdir", - deyə Giorgia Meloni bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Piers Morqana verdiyi müsahibədə 17-18 fevral tarixlərində Cenevrədə keçirilən danışıqlar zamanı hərbi qrupda müəyyən irəliləyişlər əldə edildiyini bildirib. Bu arada, siyasi cəbhə daha mürəkkəbdir - üç tərəfin ərazi məsələsinə üç fərqli baxışı var.

Almaniya kansleri Fridrix Merts müharibənin danışıqlar yolu ilə tez bir zamanda sona çatması ehtimalının az olduğuna inanır. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi "yalnız bir tərəf hərbi və ya iqtisadi resurslarını tükəndirdikdə başa çatacaq".

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
bizimyol.info

2Источники