RU

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, külək güclənəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bizim.Media xəbər verir ki, havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 20-si səhərədək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bizim.Media 

Избранный
67
26
bizim.media

10Источники