RU

FIFA Qəzzada futbol infrastrukturuna 75 milyon dollar sərmayə yatıracaq

ain.az bildirir, Bizimyol portalına istinadən.

FİFA prezidenti Gianni Infantino Vaşinqtonda keçirilən ilk iclas zamanı “Sülh Şurası” təşkilatı ilə tərəfdaşlıq barədə razılıq əldə olunduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, razılaşmaya əsasən, FIFA Qəzzada onlarla futbol meydançasının, akademiyanın və stadionun tikintisinə yönəlmiş layihələrə 75 milyon dollar investisiya edəcək. Təşəbbüsün məqsədi təkcə idmanın inkişafı deyil, həm də regionda sosial sabitliyin möhkəmləndirilməsi və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

“Futbol insanları birləşdirir və onlara sülh içində yaşamaq imkanı yaradır. Bu obyektlər Qəzzanın gələcək nəsilləri üçün idman, təhsil və ilham mərkəzlərinə çevriləcək”, - deyə İnfantino vurğulayıb.

“Sülh Şurası”nın nümayəndələri isə bildiriblər ki, layihə Qəzzanın məktəblər, xəstəxanalar və nəqliyyat şəbəkələri daxil olmaqla infrastrukturunun bərpasını nəzərdə tutan daha geniş planla uzlaşdırılacaq və sektorun kompleks inkişafına xidmət edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
bizimyol.info

1Источники