Fransa Prezidenti Emmanuel Makron mayın 4-də ikigünlük səfərlə Ermənistana gələcək.
Publika.az xəbər verir ki, bu barədə Newa.am məlumat yayıb.
Bildirilib ki, o, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
Emmanuel Makron sonuncu dəfə İrəvana 8 il əvvəl, yəni 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak etmək üçün gəlmişdi. Buna qədər isə Fransa prezidentləri Ermənistana 4 dəfə səfər ediblər: Jak Şirak 2006-cı ildə, Nikola Sarkozi 2011-ci ildə, Fransua Olland isə 2014 və 2015-ci illərdə.