RU

Türkiyə Qəzzaya azı 20 min konteyner ev göndərməyi planlaşdırır

BAKI, 20 fevral. TELEQRAF

Türkiyə Qəzza sektoruna azı 20 min konteyner tipli yaşayış evi göndərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Nazir bildirib ki, ölkə Qəzzaya humanitar yardımın göstərilməsi istiqamətində səylərini davam etdirəcək. Onun sözlərinə görə, Rəfah keçid məntəqəsinin fəaliyyətinin bərpasından sonra (fevralın 2-dən) Türkiyə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən sonra müvəqqəti məskunlaşma üçün istifadə olunan konteynerləri Qəzzaya göndərməyi planlaşdırır.

Hakan Fidan qeyd edib ki, ilk mərhələdə bölgəyə 20 min konteyner göndərilməsi nəzərdə tutulur.

Избранный
52
teleqraf.com

1Источники