RU

“Mançester Yunayted”ə “Barselona”nın futbolçusu Aleks Baldeni təklif ediblər

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Mançester Yunayted”in hyeətin formalaşdırılması şöbəsinin rəhbəri Kristofer Vivell “Barselona”nın müdafiəçisi Aleks Baldeni kluba təklif edib.

İdman.Biz bu barədə jurnalist Ben Ceykobsa istinadən bildirir.

Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu karyerasını Kataloniya klubunda davam etdirmək istəyir. “Qırmızı şeytanlar” hələlik “blauqrana” və ya Baldenin özü ilə danışıqlar aparmayıb.

İspaniyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 32 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 60 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
73
1
icma.az

2Источники